İsrail ordusunun həyata keçirdiyi əməliyyat nəticəsində Livanın cənubundakı Baraşit yaşayış məntəqəsində "Hizbullah" hərəkatının silahlı qanadının səhra komandiri öldürülüb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat İsrail Müdafiə Ordusunun (SAXAL) "Telegram" kanalında dərc edilib.
Məlumatda qeyd olunur ki, öldürülən Əbu Əli Rid İsrail hərbçilərinə qarşı raket hücumlarının planlaşdırılması və həyata keçirilməsinə cavabdeh olub.
Rəylər