Rusiyanın Moskva vilayətində may ayında 45 yaşlı miqrantı meşədə qoyan iki polis əməkdaşı saxlanılıb. Sentyabr ayında onun meyiti heyvanlar tərəfindən yeyilmiş halda tapılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, miqrant mayın 19-da Likino-Dulyovo şəhərində saxlanılıb. Jurnalistlərin dediyinə görə, o, sərxoş olub. Həbsdən sonra əcnəbi Dubrovo və Zaqryajskaya kəndləri arasındakı meşəyə aparılıb, hava almaq üçün oradan çıxmasına icazə verilib və daha sonra onu götürməyi unudublar.
Kişi meşədə azıb. Miqrantın meyiti sentyabrda aşkar edilib.
Qeyd olunur ki, hadisə ilə bağlı yerli polis idarəsinin kiçik leytenantı və baş serjantı saxlanılıb. Onlar artıq işdən çıxarılıblar. İstintaqda keçmiş hüquq-mühafizə orqanlarının əməkdaşlarına vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə mühakimə etməyi planlaşdırılır.
Rəylər