Rusiyanın Sankt-Peterburq şəhəri və Leninqrad vilayətində baş verən qasırğa nəticəsində iki nəfər həlak olub, altı nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Bu barədə Rusiyanın fövqəladə xidmətlərindən bildirilib.
Yaralıların vəziyyəti barədə açıqlama verilməyib.
Qeyd edək ki, Rusiyanın şimal paytaxtında dünəndən başlayaraq leysan yağır, şimşək çaxır, güclü külək əsir. Əlverişsiz hava şəraitinə görə ağaclar və zəif bərkidilmiş konstruksiyalar qırılıb, 10 minik avtomobilinə ziyan dəyib, həmçinin tikinti meydançasında kran aşıb.
Sosial şəbəkələrdə təbii fəlakətlə bağlı görüntülər yayılıb. Kadrların birində küləyin təsiri ilə havada uçan çamadanın qızın başına dəyməsi və yerə yıxması əks olunub. Şahidin sözlərinə görə, qızın burnu sınıb.
Rusiyanın Sankt-Peterburq şəhəri və Leninqrad vilayətində baş verən qasırğa nəticəsində iki nəfər həlak olub, altı nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Mənbə: RİA Novosti
Rəylər