Rusiyanın raket zərbəsi endirdiyi Ukraynanın Vışqorod Su Elektrik Stansiyasına ciddi ziyan dəyib.
Bu barədə Oxu.Az Ukrayna KİV-ə istinadən xəbər verir.
Məlumata görə, su elektrik stansiyasında su bəndinə gedən avtomobil yolu və stansiyasının turbin otağına ciddi ziyan dəyib.
Rusiya Ukraynanın Vışqorod Su Elektrik Stansiyasına raket zərbəsi endirib.
Bu barədə Oxu.Az "Readovka" "Telegram" kanalına istinadən xəbər verir.
Su elektrik stansiyasının su bəndinə endirilən zərbənin görüntüləri yayılıb. Kadrlarda bəndin tamamilə alova büründüyü, tikilinin yandığı, dağıntılar və qara tüstü görünür.
Məlumata görə, ərazidə baş verən yanğın hələ də davam edir.
Rusiya Ukraynanın Vışqorod Su Elektrik Stansiyasına raket zərbəsi endirib.
Rusiya Silahlı Qüvvələri Ukraynanın hərbi-sənaye kompleksinin fəaliyyətini təmin edən kritik əhəmiyyətli enerji infrastrukturu obyektlərinə kütləvi zərbələr endirib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Bu gün səhər saatlarında Rusiya Silahlı Qüvvələri yüksək dəqiqlikli uzaqmənzilli hava və dəniz silahları, pilotsuz uçuş aparatları ilə Ukraynanın hərbi sənaye kompleksinin fəaliyyətini təmin edən mühüm enerji infrastrukturu obyektlərinə kütləvi zərbə endirib. Təyin olunmuş bütün hədəflər vurulub", - nazirlikdən bildirilib.
Rusiya Ukraynanın müxtəlif bölgələrinə raket zərbələri endirir.
Bu barədə Oxu.Az Ukrayna KİV-ə istinadən xəbər verir.
Məlumata görə, zərbələr nəticəsində Lutsk şəhərində çoxmərtəbəli yaşayış binasına ziyan dəyib. Yerli hakimiyyət orqanlarından artıq bir nəfərin öldüyü bildirilib.
Hazırda Ukraynanın bütün ərazisində hava hücumu xəbərdarlığı elan edilib. Rusiyanın bombardmançı təyyarələrdən atılan qanadlı raketləri qərb rayonları, dənizdən buraxılan raketlər şimal rayonları, eləcə də mərkəzi və şimal rayonlarına doğru uçur.
Hazırda Vinnitsa vilayətində, Kropivnitski və Krivoy Roqda partlayışların baş verdiyi məlumdur. Bundan əlavə, Dnepr, Zaporojye, Odessa və Xmelnitskidə partlayışlar barədə xəbərlər verilir.
Rəylər