Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Qəzzada gedən döyüşlərdə 188 jurnalist həlak olub
Qəzza zolağında davam edən döyüşlərdə azı 188 jurnalist həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə Livanın "Al Mayadeen" telekanalı Fələstin anklavının hökumətinə istinadən məlumat yayıb.
Hökumətin mətbuat xidmətinin məlumatına görə, 2023-cü ilin oktyabrında Fələstin-İsrail münaqişəsinin eskalasiyasından sonra Qəzza zolağında öldürülən jurnalistlərin sayı 188-ə çatıb.
Xatırladaq ki, ötən il oktyabrın 7-də Fələstinin HƏMAS hərəkatı silahlılarının Qəzza zolağından İsrail ərazisinə müdaxiləsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Buna cavab olaraq İsrail Qəzzada HƏMAS-ın hərbi və siyasi strukturunu məhv etmək və girovları azad etmək məqsədi ilə əməliyyata başlayıb.
"Qəzza zolağı" teqi üzrə xəbərlər
- Britaniya Netanyahu və Qalantı həbs edə bilər
- Blinken İsrail-Fələstin münaqişəsi barədə: "Müharibəni bitirmək vaxtı gəlib"
- İsrail ordusu "İslami Cihad"ın əməliyyat qərargahının rəhbərini məhv etdi
- İsrailin yeni müdafiə nazirindən AÇIQLAMA: "HƏMAS və "Hizbullah" darmadağın olub"
- HƏMAS lideri Sinvarın ekspertizasının gözlənilməz nəticəsi: Üç gün ac qalıb
Rəylər