Rusiya Prezidenti Vladimir Putin Kursk vilayətindəki vəziyyətlə bağlı hökumət üzvləri ilə müşavirə keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
O, Ukraynanın mülki obyektlərə hücum edərək silahlı təxribata əl atdığını vurğulayıb:
"Kiyev növbəti miqyaslı təxribat həyata keçirdi".
Rusiya lideri müşavirə zamanı baş nazirin müavini Denis Manturova Kursk vilayətinin sakinlərinə yardım göstərilməsi işlərinə təcili olaraq başlanılması tapşırığı verib.
Putindən Ukrayna ordusunun hücumuna məruz qalan Kurskla bağlı TƏCİLİ TAPŞIRIQ
Sözügedən müşavirədən dərhal sonra Rusiya liderinin güc strukturlarının rəhbərləri ilə görüşü nəzərdə tutulub.
Qeyd edək ki, Rusiya və Ukrayna arasında münaqişə 2014-cü ildən bəri davam edir. 2022-ci ilin fevralında isə vəziyyət daha da gərginləşib və Rusiya Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Münaqişə nəticəsində on minlərlə insan həlak olub, milyonlarla insan isə məcburi köçkün vəziyyətinə düşüb.
Beynəlxalq ictimaiyyət dəfələrlə tərəfləri sülhə çağırsa da, hələlik münaqişənin həlli istiqamətində ciddi irəliləyiş müşahidə olunmur. Ekspertlər hesab edirlər ki, münaqişənin uzanması bütün region üçün ciddi humanitar və iqtisadi fəsadlar yaradacaq.
Rəylər