"Ermənistan hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bütün qurumlarında iştirakını dondurub və hələlik başqa qərarlar qəbul etmək fikrində deyil".
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında çıxışı zamanı deyib.
"Biz KTMT-nin bütün orqanlarında fəaliyyətimizi dondurmuşuq və indiki mərhələdə bunun kifayət etdiyini düşünürük. Lakin bu o demək deyil ki, gələcəkdə fərqli qərarlar qəbul etməyəcəyik", - deyə o bildirib.