Macarıstanın Baş naziri Viktor Orban Çinə səfəri barədə Avropa Komissiyasını (AK) məlumatlandırmayıb, səfərdən sonra isə hesabat verməyib.
Bu barədə AK-nın rəsmi nümayəndəsi Erik Mamer Brüsseldə keçirilən mətbuat konfransında bildirib.
"Xeyr. Səfərdən əvvəl əlaqə olmayıb, sonra da izahat verilməyib", - deyə Mamer jurnalistlərin sualını cavablandırarkən deyib.
Qeyd edək ki, Macarıstanın baş naziri iyulun 8-də Pekində səfərdə olduqdan və Çin lideri Si Cinpinlə danışıqlar apardıqdan sonra Vaşinqtona gedəcəyini bildirib. Orban kimlərlə danışıqlar aparılacağını dəqiqləşdirməyib.
Rəylər