ABŞ-nin keçmiş prezidenti Barak Obama vitse-prezident Kamala Harrisin Demokratlar Partiyasından prezidentliyə namizəd kimi irəli sürülməsini dəstəkləməyib.
Oxu.Az xəbər verir ki, "The New York Post"a hazırkı prezident Co Baydenə yaxın mənbəyə istinadən məlumat yayıb.
"Obama onun qalib gələ bilməyəcəyini bildiyi üçün çox üzgündür. Obama onun sadəcə bacarıqsız olduğunu bilir", - deyə məlumatda bildirilib.
B.Obama hesab edir ki, K.Harris onun qarşısında yaranan çətinliklərin öhdəsindən gələ bilməyəcək, debatlarda iştirak etmək bacarığı yoxdur, həmçinin İsrail, Fələstin, Ukrayna kimi vacib məsələlərdə səhv bəyanatlarla çıxış edə bilər.
Rəylər