Moldovada xüsusi təyinatlılar, İnformasiya və Təhlükəsizlik Xidməti (İTX) və prokurorluq parlamentin hüquq departamentinin rəhbəri İon Kryanqenin kabinetində axtarışlar aparır.
Oxu.Az xəbər verir ki, bu barədə "Sputnik Moldova" "Teleqram" kanalı məlumat yayıb.
İTX-nin nümayəndəsi Daniela Mınzat bildirib ki, hazırda cinayət işi üzrə prosessual hərəkətlər Cinayət və Xüsusi İşlərə Qarşı Mübarizə Baş Prokurorluğunun prokurorlarının rəhbərliyi ilə aparılır.
Xatırladaq ki, İon Kryanqe Moldovanın hakim Hərəkət və Həmrəylik Partiyasından (PAS) olan deputatdır. Bu gün parlamentin yaz-yay sessiyasının sonuncu iclası keçirilib.
Rəylər