"Misirdə avtomobil qəzasına düşmüş azərbaycanlı ailə (3 nəfər) ilə Misirdəki səfirliyimiz tərəfindən əlaqə saxlanılıb".
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə "Trend"in sorğusuna cavab olaraq bildirib.
Vurğulanıb ki, həmvətənlərimiz yüngül xəsarətlər alıblar.
"Vəziyyətləri yaxşıdır. Artıq mehmanxanadadırlar və heç bir şikayətləri yoxdur", - deyə A.Hacızadə bildirib.
Qeyd edək ki, ötən gün Misirin Ras-Sidr şəhəri yaxınlığında avtobusun qəzaya uğraması nəticəsində azı 41 nəfər yaralanıb. Xəsarət alanlar arasında Azərbaycan, Qazaxıstan, Rusiya və Ukraynadan olan turistlər var.
Rəylər