Amerikalı iş adamı İlon Mask "Windows" əməliyyat sistemində qlobal nasazlığa səbəb olan "CrowdStrike"ın (kibertəhlükəsizlik üzrə ixtisaslaşmış şirkət - red.) proqram təminatını sildiklərini açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Mask öz "X" hesabında yazıb.
"Biz "CrowdStrike"ı bütün sistemlərimizdən sildik", - o yazıb.
Qeyd edək ki, Mask "SpaceX" və "Tesla" şirkətlərinin yaradıcısı, həmçinin "X" sosial şəbəkəsinin və eyniadlı şirkətin sahibidir.
Rəylər