ABŞ-nin Sietl şəhərində çıxış edən 65 yaşlı müğənni Madonnanı konsert zamanı yerə yıxıblar.
Günahkarın rəqqas olduğu üzə çıxıb.
Belə ki, ssenariyə görə, o, oturacaqda oturan, lakin onu saxlaya bilməyən müğənnini sürüyərək aparmalı idi. Hadisə zamanı isə Madonna oturacaqla birlikdə yıxılıb.
Məlum olub ki, o, fonoqramla oxuyub - 65 yaşlı pop-divanın ifasında mahnı səslənməyə davam edib, Madonna isə həmin vaxt səhnədə uzanaraq gülüb.
Tamaşaçılar bu xoşagəlməz hadisəni əvvəlcə anlayışla qarşılayıblar, hətta müğənni ayağa qalxıb oxumağa davam etdikdən sonra alqışlamağa başlayıblar.
Ancaq indi onların çoxu onu məhkəməyə vermək niyyətindədirlər. Onlar müğənninin konsert biletlərinin 80-550 dollar (136-935 manat - red.) arasında olduğunu və “fonoqram altında” çıxış edəcəyini heç gözləmədiklərini qeyd ediblər.
Madonna özü də dəfələrlə bildirib ki, o, fonoqramla çıxış etməyi qəbul etmir və konsertlərdə yalnız canlı oxuyur.
ABŞ-nin Sietl şəhərində çıxış edən 65 yaşlı müğənni Madonnanı konsert zamanı yerə yıxıblar.Günahkarın rəqqas olduğu üzə çıxıb. Belə ki, ssenariyə görə, o, otura...
Mənbə: kp.ru
Rəylər