“İen” qasırğası Kubada ölkəboyu elektrik enerjisinin tamamilə kəsilməsinə səbəb olub.
Oxu.Az-ın məlumatına görə, bu barədə yerli “Union Electrica” şirkəti “Twitter” səhifəsində məlumat yayıb.
“Milli energetika sistemi müstəsna vəziyyətdədir: elektrik enerjisi istehsalı sıfır səviyyəsindədir (ölkədə enerji təchizatı tamamilə dayanıb)”, - deyə hesabatda bildirilir.
Şirkət əlavə edib ki, təbii fəlakət adanın infrastrukturuna ziyan vurub. Bununla belə, ölkənin enerji sisteminin tədricən bərpa olunacağı vurğulanıb.
Latın Amerikası ölkəsi bütünlüklə işıqsız qaldı – FOTO/VİDEO
Rəylər