Şimal-Şərq Universiteti, Rays Universiteti və Yale Universitetinin alimləri "COVID-19"a səbəb olan SARS-CoV-2 koronavirusuna qarşı hərtərəfli qorunma təmin edə biləcək anticisim kəşf ediblər.
Oxu.Az xəbər verir ki, araşdırmanın nəticələri "Science" jurnalında dərc olunub.
Müəyyən edilib ki, "CV3-25" anticisimi virusun "spike" zülalının ("S" zülalı) spesifik bölgəsini hədəf alır və müxtəlif ştamlarda dəyişməz qalır. Bu, anticisimə hətta mutasiyaya uğramış viruslarda da hüceyrələrin infeksiyasını bloklamağa imkan verir.
"S" zülalının strukturunu təhlil etmək üçün tədqiqatçılar Şimal-Şərq Universiteti və Rays Universitetində Nəzəri Bioloji Fizika Mərkəzində hazırlanmış nəzəri modellərdən istifadə ediblər. Modelləşdirmə, anticisimin hədəf aldığı zülalın həssas hissəsini müəyyən etməyə kömək edib.
Virusun "ACE-2" reseptoru vasitəsilə hüceyrələrə bağlanmasına cavabdeh olan və infeksiyada mühüm rol oynayan "S" zülalı adətən virus təkamül etdikcə dəyişir və bir çox anticisimlər patogenin neytrallaşdırılmasında təsirsiz olur. Bununla belə, dəyişməz qalan spesifik bölgə "CV3-25" anticisiminə qarşı həssasdır və onun geniş neytrallaşdırma qabiliyyətini təmin edir.
Tədqiqatın nəticələri göstərir ki, "CV3-25" anticisimi SARS-CoV-2-nin müxtəlif ştamlarından qoruya bilən peyvəndin yaradılmasında əsas element ola bilər.
Rəylər