Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Kamala Harris ABŞ-də prezident seçkisində namizədliyini irəli sürəcək
ABŞ-nin vitse-prezidenti Kamala Harris ABŞ-də noyabrda keçiriləcək prezident seçkisində Demokratlar Partiyasından namizədliyini irəli sürmək niyyətindədir.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti tərəfindən yayılan bəyanatda bildirilir.
"Prezident tərəfindən dəstəkləndiyimə görə şərəf hissi duyuram və namizədliyimi irəli sürmək niyyətindəyəm", - Harris bildirib.
Qeyd edək ki, bu gün Co Bayden prezidentlik yarışından geri çəkildiyini və vitse-prezident Kamala Harrisin namizədliyini dəstəklədiyini bildirib. ABŞ prezidenti həmçinin həftənin sonunda xalqa müraciətində qərarı barədə daha geniş danışacağına söz verib.
Rəylər