Bu dəqiqlərdə İstanbulda "3+3" platforması üzrə XİN rəhbərlərinin iclası başlayıb.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iclasda Türkiyə, Azərbaycan, Ermənistan, İran və Rusiya xarici işlər nazirləri iştirak edirlər.
Bu dəqiqlərdə İstanbulda "3+3" platforması üzrə XİN rəhbərlərinin iclası başlayıb.
Bu gün İstanbul şəhərində Azərbaycan, Türkiyə, Ermənistan, Rusiya və İranın xarici işlər nazirlərinin (XİN) iştirakı ilə "3+3" formatında xarici işlər nazirlərinin III görüşü keçiriləcək.
Oxu.Az xəbər verir ki, xarici işlər nazirləri səviyyəsində keçirilən iclasda Cənubi Qafqaz üzrə məsələlərin araşdırılması, regional əməkdaşlığın (siyasi, iqtisadi, təhlükəsizlik, tranzit, enerji və sairə) inkişaf etdirilməsi müzakirə olunacaq.
Qeyd edək ki, Ceyhun Bayramov "3+3" formatında görüşdə iştirak üçün artıq Türkiyəyə yollanıb.
Azərbaycanın XİN başçısı səfər çərçivəsində ikitərəfli görüşlər də keçirəcək.
Rəylər