Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İsrail HHQ Beyrutu bombaladı: Səkkizmərtəbəli bina yerlə bir oldu
İsrail HHQ-nin Livan paytaxtına hava hücumu nəticəsində ən azı 11 nəfər həlak olub, 33 nəfər yaralanıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Al Hadath" telekanalı Beyrutdakı tibbi mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, əl-Bosta əl-Fauka rayonunda səkkizmərtəbəli bina tamamilə dağılıb, daha beş qonşu binaya ziyan dəyib. Xilasetmə briqadaları partlayış yerində dağıntıların təmizlənməsini davam etdirir.
Ölənlərin və yaralananların sayının arta biləcəyi istisna olunmur.
O da vurğulanıb ki, İsrail HHQ təyyarələri "Hizbullah" təşkilatının xarici təhlükəsizlik xidmətinin rəhbəri Təllal Hamiəni öldürmək məqsədilə Livan paytaxtının mərkəzi hissəsinə hücum edib. Ancaq həmin şəxsin hava hücumu zamanı ölüb-ölmədiyi qeyd olunmayıb.
"İsrail - Livan gərginliyi" teqi üzrə xəbərlər
- İsrail Livana hava zərbələri endirdi: 50-yə yaxın ölən var
- "Hizbullah" İsraillə danışıqlar üçün şərt qoydu
- İsrail ordusu Livanda biznes mərkəzinə hücum etdi: Ölən və yaralananlar var
- İsrail ilk dəfə olaraq Livana ağır artilleriya yeritdi
- Beyruta endirilən zərbələr nəticəsində altı nəfər öldü, 36 nəfər yaralandı
Rəylər