Cəbəllütariq boğazında qatil balinalar adlandırılan orkalar tərəfindən batırılan Böyük Britaniyaya məxsus yelkənli gəminin üç ekipaj üzvü İspaniya dəniz səlahiyyətliləri tərəfindən xilas edilib.
Oxu.Az rg.ru-ya istinadən xəbər verir ki, bu barədə İspaniyanın xilasetmə xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.
Hesabatda qeyd olunur ki, "Bonhomme William" yelkənli qayığı orkalarla toqquşub və yedəkləmək istəyib. Daha sonra gəminin batması barədə siqnal daxil olub.
"Tarifadakı mərkəzimiz gəmidəki üç nəfəri xilas edən "Enif" xilasetmə gəmisini səfərbər edib", - dəniz xidmətinin bəyanatında bildirilir.
Mütəxəssislərin fikrincə, bu halda söhbət "Qledis" adlanan və ərazidə 15 fərddən ibarət olan orkaların subpopulyasiyasından gedə bilər. Balinakimilər Cəbəllütariq boğazı ilə Pireney yarımadasının şimalı arasında yaşayır. İlk belə hadisə 2020-ci ilin mayında qeydə alınıb.
Qeyd edək ki, indiyə qədər alimlər orkaların bu davranışının səbəblərini izah edə bilmirlər və bunun balinakimilərin marağı və ya sevimli yeməkləri olan mavi tunesin ovunda rəqib hesab etdiklərinə hücum etmək istəyi ilə izah oluna biləcəyini düşünürlər.
Rəylər