İslam Əməkdaşlıq Təşkilatı (İƏT) avqustun 7-də xarici işlər nazirləri səviyyəsində fövqəladə iclas keçirəcək.
Bu barədə Oxu.Az "TRT Haber"ə istinadən məlumat verir.
Məlumata görə, iclas İƏT-in Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən baş qərargahında baş tutacaq.
İƏT-dən verilən yazılı açıqlamada bildirilib ki, iclasda Yaxın Şərqdəki durum və HƏMAS lideri İsmayıl Haniyənin ölümündən sonra bölgədə yaranan gərginlik kimi məsələlər müzakirə olunacaq.
Rəylər