Rusiyanın İrkutsk vilayətində qəzaya uğrayan "Tu-22M3" bombardmançı təyyarəsinin sağ qalan heyətinin sağlamlıq vəziyyətləri orta ağırlıq dərəcəsindədir.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Shot" "Telegram" kanalı xəbər yayıb.
Bildirilib ki, pilotlardan biri - Vladislav X.-yə kəllə-beyin travması, beyin silkələnməsi və büzdüm sümüyünün sınığı, digəri - Vadim M.-ə döş sümüyünün sınığı diaqnozu qoyulub. Üçüncü yaralının ayağı sınıb.
Ekipajın dördüncü üzvünün həyatını xilas etmək mümkün olmayıb, o, xəstəxanada vəfat edib.
Xatırladaq ki, dünən Çeremxov rayonundakı Belaya aerodromundan uçan Tu-22M3 təyyarəsi texniki nasazlıq səbəbindən qəzaya uğrayıb. Təyyarədə dörd pilot olub. Onlar təyyarəni yaşayış evlərindən uzaqlaşdıra və katapult edə biliblər. Bombardmançı təyyarə tarlaya düşüb.
Kanal qəzadan dərhal sonra baş verənlərin görüntülərini də yayımlayıb.
Rusiyanın İrkutsk vilayətində qəzaya uğrayan "Tu-22M3" bombardmançı təyyarəsinin sağ qalan heyətinin sağlamlıq vəziyyətləri orta ağırlıq dərəcəsindədir.
Rəylər