Dünən İran kinosunun tanınmış qadın rejissoru Rəxşan Bənietemad və məşhur aktrisa Baran Kövsəri "Həmişə kimsə yoxa çıxır" filminin premyerasında məcburi hicab qaydalarına riayət etmədikləri üçün cinayət məsuliyyətinə cəlb olunublar.
"Azad İran" "Telegram" kanalı bu barədə İran mətbuatına istinadən xəbər verir.
Məlumata görə, filmin baş rol aktrisası Baran Kövsəri və Rəxşan Bənietemada qarşı Tehran Prokurorluğunda cinayət işi açılıb.
Bildirilib ki, hər iki qadın filmin premyerasına hicabsız şəkildə qatılıblar.
Rəylər