İranda ötən bazar günü ölkə Prezidenti İbrahim Rəisinin və digər yüksəkrütbəli rəsmilərin olduğu helikopterin qəzaya uğraması ilə bağlı müəmmalı vəziyyət davam etməkdədir.
Bu barədə "Azad İran" "YouTube" kanalında yayımlanan videosüjetdə bəhs edilir.
Bildirilib ki, hadisənin baş verdiyi gün, həmçinin helikopterin axtarışının davam etdiyi təqribən 15 saat ərzində rəsmi qurumların, medianın, ayrı-ayrı şəxslərin verdiyi açıqlamaların real gerçəkliyə və bir-birinə zidd olması, yaxud sonradan təkzib edilməsi İran hakimiyyətinin fövqəladə hadisələri, böhranlı vəziyyətləri idarə etməkdə tam səriştəsizliyini ortaya qoyub.
"Bu baxımdan prezidentin olduğu helikopterin axtarışının idarə edildiyi otaqdan yayılmış və az qala bütün dünyanı dolaşmış video görüntü çox şeydən xəbər verir: SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) baş komandanı general Hüseyn Salaminin də olduğu bu görüntüdə ölkənin ikinci şəxsinin axtarışının adi kağız xəritə üzərində, necə deyərlər, dədə-baba qaydası ilə aparılması İranın texniki üstünlüyü, texnoloji uğurları barədə iddialarını gülüş hədəfinə və tənqid obyektinə çevirib", - deyə müəllif vurğulayıb.
Ətraflı süjetdə:
İranda ötən bazar günü ölkə Prezidenti İbrahim Rəisinin və digər yüksəkrütbəli rəsmilərin olduğu helikopterin qəzaya uğraması ilə bağlı müəmmalı vəziyyət davam etməkdədir.