"Haniyənin qətli kompensasiya edilə bilməz, biz mütləq əks tədbirlər görəcəyik".
Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Kəni bəyan edib.
O, HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsi ilə İranın milli təhlükəsizliyi və suverenliyinin pozulduğunu vurğulayıb:
"Sionistlərin cinayəti nə islah edilə bilər, nə də buna bəraət almaq olar. Bununla onlar öz niyyətlərini göstərdilər. İran İsrailin bu hərəkətini pisləyir və əks tədbirlər görmək üçün legitim cavab haqqı var. İran öz mövqeyində hüquqlarından mütləq istifadə edəcək, ancaq sabitlik və sülh iddiasında olanlar bölgədə qeyri-sabitlik və iğtişaşların, gərginlik və böhranın qarşısını almaq üçün bu sahədə lazımi addımları atmalıdırlar".
Rəylər