Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İlon Maskdan 2024-cü il üçün “çılğınlıq” proqnozu
Amerikalı milyarder, “Tesla” və “Space X” şirkətinin sahibi İlon Mask 2024-cü il üçün gözləntilərini açıqlayıb.
Bu barədə o, sahibi olduğu “X” sosial şəbəkə hesabında yazıb.
“Mənim proqnozum: 2024-cü il daha da çılğın olacaq”, - deyə Mask istifadəçilərdən birinin yeni ildə nə gözlənildiyi barədə yazısını şərh edərkən bildirib.
Yeri gəlmişkən, qeyd edək ki, “Financial Times” 2024-cü ildə Maskın “X” sosial şəbəkəsinin iflasa uğrayacağını proqnozlaşdırıb. Qeyd edilir ki, biznesmen şirkət üzərində nəzarəti saxlamaq ümidi ilə reklamçılarla münaqişə fonunda müflis olduğunu elan edə bilər.
Eyni zamanda, “Bloomberg” Maskın 2023-cü ildə 95,4 milyard dollar qazandığını və dünyanın ən zəngin 500 adamı siyahısında liderliyini qoruduğunu bildirib. Bunda ona “SpaceX” və “Tesla” şirkətlərinin uğurları kömək edib.
Mənbə: TASS
Rəylər