Keniyada üstü açılan dəhşətli cinayətlər ölkə gündəmində şok yaradıb. Belə ki, zibilxanada 10-a yaxın qadının parça-parça edilmiş cəsədləri tapılıb.
Oxu.Az-ın "RIA Novosti"yə istinadla verdiyi məlumata görə, qorxunc hadisə paytaxt Nayrobidə baş verib. Bildirilir ki, azı doqquz cəsəd polietilen torbalara bükülü vəziyyətdə tapılıb. Lakin şahidlərin sözlərinə görə, meyitlərin sayı daha çox olub.
Meyitlər çıxarılarkən hadisə yerinə yerli sakinlər toplaşıblar. Polis onları dağıtmaq üçün xəbərdarlıq atəşi açmağa və iki su şırnağı maşınından istifadə etməyə məcbur olub.
Keniya Cinayət Araşdırmaları İdarəsinin rəhbəri Mohamed Aminin sözlərinə görə, əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs saxlanılıb. Həbs edilən şəxs son iki il ərzində ümumilikdə 42 qadını öldürdüyünü etiraf edib.
Araşdırma davam edir.
Keniyada üstü açılan dəhşətli cinayətlər ölkə gündəmində şok yaradıb. Belə ki, zibilxanada 10-a yaxın qadının parça-parça edilmiş cəsədləri tapılıb.
Rəylər