"Hizbullah" hərəkatının İsrailə tuşladığı raketlərdən biri Təl-Əvivdəki Ben-Qurion adına Beynəlxalq Hava Limanının ərazisinə düşüb.
Oxu.Az xəbər verir ki, məlumatı İsrail Müdafiə Ordusunun (SAXAL) Mətbuat Xidməti yayıb.
Qeyd olunur ki, yerli vaxtla 11:20-dən sonra Livandan İsrail istiqamətinə təxminən 10 raket buraxılışı qeydə alınıb.
Onların əksəriyyətinin qarşısı alınsa da, raketlərdən biri Təl-Əvivdəki aeroportun ərazisinə düşüb. Nəticədə uçuşlar müvəqqəti dayandırılıb.
Rəylər