"Cənubi Qafqazın problemlərini bölgə ölkələrinin özlərinin həll edə biləcəyinə inanırıq".
Oxu.Az xəbər verir ki, bunu İstanbulda keçirilən "3+3" əməkdaşlıq platformasının üçüncü iclasında Türkiyənin XİN rəhbəri Hakan Fidan bildirib.
H.Fidan əlavə edib ki, İkinci Qarabağ müharibəsində atəşkəsi təmin edən 10 noyabr 2020-ci ildə sənədin imzalanmasından sonra yaradılan "3+3" platforması Cənubi Qafqazda baş verən proseslərin müzakirə edilməsi üçün zəmin yaradır.
Türkiyə XİN rəhbərinin başçısı vurğulayıb ki, platformanın adı "3+3" olsa da, təəssüf ki, iclasda bir ölkə iştirak etmir:
"Bir daha vurğulamaq istəyirəm ki, bu platforma yaxın qonşumuz və dostumuz Gürcüstanın üzünə həmişə açıqdır, o, istədiyi vaxt bu platformaya qoşula bilər".
"Cənubi Qafqazın problemlərini bölgə ölkələrinin özlərinin həll edə biləcəyinə inanırıq".
Rəylər