Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Gürcüstan iqtidarı müxalifətin prezidentliyə namizədlərlə bağlı iddialarını təkzib etdi
Gürcü Arzusu Partiyasının icraçı katibi Mamuka Mdinaradze cari ilin 14 dekabrında keçiriləcək seçkidə ölkə prezidenti postuna mümkün namizədlərin siyahısında sabiq baş nazir İrakli Qaribaşvilinin və Gürcüstanın birinci prezidentinin oğlu Konstantin Qamsaxurdiyanın olacağı ilə bağlı xəbərləri təkzib edib.
Oxu.Az xəbər verir ki, Mamuka Mdinaradze bu barədə Gürcüstan KİV-ə verdiyi açıqlamada söyləyib.
O qeyd edib ki, müxalifətə bağlı mətbuatda dərc edilən iddialar həqiqəti əks etdirmir.
Xatırladaq ki, Gürcüstanda prezident seçkisi dekabrın 14-də, andiçmə mərasimi isə dekabrın 29-da keçiriləcək.
"Gürcüstan" teqi üzrə xəbərlər
- Gürcüstanda prezident seçkisinin tarixi açıqlandı
- Lavrov: "Qərb Gürcüstanda rəngli inqilab təşkil etməyə çalışır"
- Kobaxidze Gürcüstanda hökumətin yeni tərkibi ilə bağlı namizədlərini AÇIQLADI
- Gürcüstanda prezident seçkisini gələn ilə saxlamaq istəmirlər
- Azərbaycan-Gürcüstan sərhədində şərti sərhəd pozucuları zərərsizləşdiriliblər
Ən çox oxunanlar
Rəylər