Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ermənistanda hakimiyyət əleyhinə aksiya: Konstitusiya Məhkəməsinin binasına doğru yürüş keçirilir
Ermənistanın paytaxtı İrəvanın "Respublika" meydanında "Müqəddəs mübarizə" hərakatının lideri Baqrat Qalstanyanın (Baqrat Srbazan) rəhbərliyi ilə mitinq keçirilir.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan KİV-də məlumat yayılıb.
Qeyd olunur ki, mitinqdən sonra Baqrat Qalstanyan və tərəfdarları canlı yayım tələbi ilə İctimai Televiziyanın binasına doğru yürüş ediblər. Telekanalın direktoru bildirib ki, onlar yepiskopun canlı müsahibəsini efirə verə bilərlər. Baqrat Qalstanyan bununla razılaşıb və İctimai Televiziyada danışıb.
O, həmçinin bildirib ki, bu toplanışla mübarizənin həlledici mərhələsi başlayır.
Qalstanyanın sözlərinə görə, tərəfdarları ilə Konstitusiya Məhkəməsinin binasına gedəcək. O, həmçinin Konstitusiya Məhkəməsinin bütün keçmiş və indiki hakimlərini məhkəmənin qarşısına çıxmağa dəvət edib.
Baqrat Qalstanyan növbəti addımları Konstitusiya Məhkəməsində açıqlayacaqlarını bildirib.
"Ermənistanda etirazlar" teqi üzrə xəbərlər
- Nikol Paşinyan üçün çətin dilemma: "Hərbi çevriliş riski artır"
- Ermənistan müxalifəti yenidən mitinq keçirəcək
- Ermənistan cəmiyyətində revanşizm ideyası yoxa çıxmayıb - Rəy sorğusunun kədərli nəticəsi
- Mixail Neyjmakov: "Aİ-yə daxil olmaq və konstitusiyaya dəyişikliklər bir "paket"ə salına bilər"
- Anastasiya Qafarova: "Paşinyanın komandası Qarabağ adının konstitusiyadan çıxarılmasını istəyir"
Rəylər