Bu gün yerli vaxtla saat 8:10-da Çinin Şansi əyalətindəki Tayyuan kosmodromundan atmosferin yuxarı qatlarını tədqiq etmək üçün Yerin süni peyki "Tianping-3" uğurla buraxılıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Sinxua" agentliyi xəbər yayıb.
Bildirilir ki, bu aparat aşağı orbital kosmik mühitin monitorinqi və orbit proqnoz modelinin düzəldilməsi üçün nəzərdə tutulub.
"Aparat təyin olunmuş orbitə çıxıb", - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, 2023-cü ildə Çin artıq 67 kosmik buraxılış həyata keçirib, 2024-cü ildə isə rekord sayda 100 buraxılış planlaşdırılır.
Xatırladaq ki, Çin bundan əvvəl aşağı orbital peyk qruplarının yaradılmasında yeni texnologiyaların sınağı üçün Yerin məsafədən yüksək görüntü ilə zondlanması üçün orbitə "Yaogan" seriyasından bir neçə peyki orbitə çıxarıb.
Çin, həmçinin gələcək Ay missiyalarına fəal şəkildə hazırlaşır. Bu ilin mart ayında ölkə Yer və Ay arasında əlaqəni təmin etmək üçün retranslyator peyki buraxıb.
Bu gün yerli vaxtla saat 8:10-da Çinin Şansi əyalətindəki Tayyuan kosmodromundan atmosferin yuxarı qatlarını tədqiq etmək üçün Yerin süni peyki "Tianping-3" uğurla buraxılıb.
Rəylər