Çilinin paytaxtı Santyaqodakı prestijli internat məktəbində "Molotov kokteyli" partlayıb. Hadisə nəticəsində 34 şagird və bir müəllim xəsarət alıb.
Oxu.Az-ın "Associated Press"ə istinadla verdiyi məlumata görə, şagirdlərdən 11-nin vəziyyəti ağır qiymətləndirilir.
Yerli polis hadisənin şagirdlərin məktəbin tualetində "Molotov kokteyli" hazırlayarkən baş verdiyini deyib. Partlayış yerində yanacaq dolu butulkalar və kanistrlər aşkar edilib. Bunların yandırıcı qarışığın hazırlanmasında istifadə olunduğu ehtimal edilir.
Polis yeniyetmələrin "Molotov kokteyli"ni etirazlarda istifadə etmək üçün hazırladıqlarını düşünür.
Səhiyyə naziri Ximena Agileranın sözlərinə görə (AFP-yə istinadən), məktəbin beş şagirdinin həyatı təhlükə altındadır.
Çilinin paytaxtı Santyaqodakı prestijli internat məktəbində "Molotov kokteyli" partlayıb. Hadisə nəticəsində 34 şagird və bir müəllim xəsarət alıb.
Rəylər