“Fransa heç bir əsas gətirmədən, ortaya dəlil qoymadan Azərbaycanın Parisdəki səfiri Leyla Abdullayevanı Xarici İşlər Nazirliyinə çağırıb”.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2023-cü ilin yekunlarına dair mətbuat konfransında deyib.
Nazir bildirib ki, Fransa bunu Azərbaycanın iki fransız diplomatı “persona-non grata” elan etməsinə cavab olaraq atıb.
“Amma Fransa Azərbaycandan fərqli olaraq ortaya heç bir dəlil qoymur. Fransa da iki azərbaycanlı diplomatın ölkə ərazisini tərk etməsi üçün vaxt qoyub. Amma onların bizdən fərqli olaraq heç bir dəlili yoxdur”, - deyə o əlavə edib.
“Fransa heç bir əsas gətirmədən, ortaya dəlil qoymadan Azərbaycanın Parisdəki səfiri Leyla Abdullayevanı Xarici İşlər Nazirliyinə çağırıb”. Oxu.Az xəbər verir k...
Rəylər