Keçən iyun Şimal yarımkürəsi və bütövlükdə Yer üçün meteoroloji müşahidələr tarixində ən isti olub.
Oxu.Az "RIA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand deyib.
Beləliklə, bu ilin iyun ayında temperatur rekordu qırılıb.
"El-Ninyo (Sakit okeanın ekvatorial hissəsinin adi haldan 3°C-dən çox olmayan istiləşməsi hadisəsi - red.) olmasına baxmayaraq, iyun ayı ümumilikdə və Şimal yarımkürəsində ən isti oldu", - deyə Vilfand bildirib.
Rəylər