Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"Boeing"ə görə bu dəfə ABŞ-də vitse-prezidentliyə namizədin həyatı təhlükəyə düşdü
ABŞ-də Respublikaçılar Partiyasının vitse-prezidentliyə namizədi Cey-Di Vansın olduğu təyyarə göyərtədə yaranan fövqəladə vəziyyətlə əlaqədar təcili eniş edib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Daily Beast" nəşri Vansın nümayəndəsinə istinadən yazıb.
Bildirilir ki, problem qapı kipləşdiricisi ilə bağlı olub. Vəziyyət sərnişinlər və heyət üzvünün həyatı üçün təhlükəli olsa da, pilotların səriştəsi sayəsində faciədən yayınmaq mümkün olub.
Nasazlıqla bağlı fövqəladə vəziyyət elan edildikdən sonra "Trump Force Two" təyyarəsi Miluokiyə (Viskonsin ştatı) qayıdıb.
Qeyd edilir ki, problem aradan qaldırıldıqdan sonra hava gəmisi planlaşdırılmış marşrutla Sinsinattiyə doğru hərəkətini davam etdirib.
Məqalədə Vansın 22 il əvvəl istehsal olunmuş "Boeing 737-800" modelində səfər etdiyi vurğulanıb.
Qeyd edək ki, bu model təyyarənin ilk belə nasazlığı deyil. Bu təyyarələrin bundan əvvəl də dəfələrlə təkərləri düşüb, havada olarkən füzelyajında və motorunda problemlər yaranıb.
Rəylər