Azərbaycan Güləş Federasiyasının (AGF) təşkilatçılığı ilə Bakıda keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatı yarışda iştirak edən qonaqları məmnun edib.
Belə ki, Belarusun yunan-Roma güləşi üzrə milli komandasının məşqçisi Vitali Muraşk özünün sosial şəbəkə hesabında video paylaşaraq Azərbaycanın təşkilatçılığını yüksək qiymətləndirib.
"Söz verdiyim kimi, Azərbaycanda keçirilən 23 yaşadək güləşçilər arasında təşkil olunan Avropa çempionatının səhər yeməyindən görüntüləri sizlərlə təqdim edirəm. Qeyd etmək yerinə düşər ki, hər şey çox yüksək səviyyədədir. Təqdim edilən qidaların çeşidləri müxtəlifdir, hər şey çox dadlıdır. Təşkil edilən şərait Dubayın ən yaxşı hotellərində olduğu kimidir, hətta harada daha yaxşı olduğunu deməyə çətinlik çəkirəm. Ona görə də güləşlə məşğul olun, Avropa çempionatına qatılın və belə gözəl səhər yeməyindən zövq alın", - deyə belaruslu məşqçi Vitali Muraşk qeyd edib.
Xatırladaq ki, Bakıda keçirilən 23 yaşadək güləşçilər arasında təşkil olunan Avropa çempionatında yunan-Roma güləşi üzrə yarışa ötən yekun vurulub.
Millimiz qitə birinciliyində uğurlu çıxış edərək tarixi nəticəyə imza atıb.
Belə ki, 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan yığmamız 163 xal toplayaraq ilk dəfə komanda hesabında U-23 Avropa çempionu olub.
Rəylər