Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen bu vəzifədə Avropa Parlamenti tərəfindən təsdiqini gözləmədən AK kollegiyasının Macarıstana səfərini ləğv edib və Aİ Şurasının Macarıstan sədrliyi yanında qeyri-rəsmi iclaslarında təmsilçiliyin səviyyəsini aşağı salıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının Mətbuat Xidmətinin rəhbəri Erik Mamer məlumat verib.
Qeyd edək ki, indiyədək belə bir qərarın Aİ tarixində heç bir nümunəsi və ya analoqu yoxdur.
Rəylər