"Aston Martin" şirkətinin "Heritage Trust" bölməsi ilk avtomobilini tapmaq üçün axtarış elan edib. Şirkəti ilk avtomobilini düz 110 il əvvəl buraxıb. Avtomobil 1924-cü ildə 50 funta satılaraq tarixə düşüb.
Oxu.Az bu barədə "Carscoops"a istinadən xəbər verir.
Məlumata görə, maşın 1914-cü ildə hazırlanıb və "Coal Scuttle" adlandırılıb. Bir il sonra o, "Aston Martin" kimi qeydiyyata alınıb. Bu, tam hazır avtomobil olmayıb, daha çox onun prototipi olub. Onun üzərində sonrakı işlər Birinci Dünya müharibəsinə görə dayandırılıb.
Müharibədən sonra şirkət avtomobil üzərində işləməyə davam edib. Yarışlarda və sınaqlarda iştirak edib, bir neçə dəfə modernləşdirilib və görünüşünü dəyişdirib.
Rəylər