BMT Baş Assambleyasına toplaşan nümayəndə heyətləri helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisinin xatirəsinə həsr olunmuş xüsusi tədbirdə onu bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə BMT-nin baş katibi Antonio Quterreş, Baş Assambleyanın 78-ci sessiyasının sədri Dennis Fransisk və onlarla ölkəni təmsil edən 100-ə yaxın diplomat iştirak edib. ABŞ və əksər Avropa ölkələri görüşə qatılmayıblar.
Toplantıda çıxış edən BMT baş katibi bəyan edib ki, Rəisi çətin zamanlarda İrana rəhbərlik edib.
Mənbə: TASS