ABŞ prezidentliyinə namizəd Kamala Harrisin nümayəndələri seçki ilə bağlı uzun məhkəmə proseslərinə hazırlaşırlar.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə CNN demokratların məsləhətçilərindən birinə istinadla xəbər yayıb.
"Bizi bir aylıq məhkəmə cəhənnəmi gözləyir", - deyə mənbədən vurğulanıb.
Qeyd edək ki, ABŞ-də, adətən, prezident yarışı rəqiblər arasında minimal fərqlə keçir, buna görə də məhkəmələrin olması ehtimalı artır.
Digər mənbənin sözlərinə görə, Harrisin nümayəndələri müdafiə üçün vəsait saxlamağın gərək olacağını güman edirlər.
Rəylər