Qırğızıstana 1990-cı ildən başlayaraq 15 il rəhbərlik edən Askar Akayev Parlamentdən "sabiq prezident" statusunu qaytarmağı xahiş edib.
Oxu.Az bu barədə "Sputnik Qırğızıstan"a istinadən məlumat verir.
Qeyd edək ki, Akayev 2005-ci ilin mart ayında devrilib. 2021-ci ildə o, Kumtor işi üzrə ifadə vermək üçün ilk dəfə Bişkekə uçub. Bundan sonra ölkənin hazırkı prezidenti Sadır Japarov bəyan edib ki, Akayev keçmiş səhvlərinə görə günahını tam ödəyib.
Daha sonra Baş Prokurorluq Akayevə qarşı cinayət işinin dayandırıldığını bildirib.
Akayev təqaüdə çıxdıqdan sonra Qırğızıstana qayıtmağı planlaşdırdığını bəyan edib.
Rəylər