Artıq Bakıda şirkətlər "Yango"nun yeni "Biznes üçün gedişlər" korporativ xidmətinə qoşula bilər. Bu, şirkət əməkdaşlarının işgüzar gedişlərin təşkilini asanlaşdıracaq: artıq taksini tətbiq vasitəsilə sifariş edə, şəxsi kabinetinizdə isə gediş barədə məlumatlarla tanış ola bilərsiniz. Bu seçim əməkdaşlar üçün şəhər daxilində və ezamiyyət vaxtı hava limanına işgüzar gedişlərin təşkili, tərəfdaşlar və müştərilərlə görüşlər üçün transfer sifarişi, eləcə də digər korporativ tapşırıqlar baxımından faydalıdır.
Şirkət əməkdaşı xidmətə qoşduqdan sonra onun tətbiqində korporativ ödəniş üsulu əks olunur. Əməkdaş taksi sifarişini mobil tətbiq vasitəsilə adi qaydada edir, korporativ hesabdan ödəniş edir, gedişlə bağlı bütün məlumatlar isə şirkətin hesabında əks olunur. Hər bir əməkdaş üçün gedişin büdcəsi, vaxtı və coğrafiyası ilə bağlı limit müəyyən edə, həmçinin onun üçün mümkün tarifləri seçə bilərsiniz. Sifarişlərin qiymətinə şirkətin şəxsi hesabında onlayn nəzarət etmək mümkündür.
"İstənilən miqyaslı şirkət məhsulumuzla öz əməkdaşları üçün tanış tətbiq vasitəsilə korporativ taksi sifarişi xidmətinə asan çıxışı təmin edə biləcək. Bilirik ki, Azərbaycanda sahibkarlar əməkdaşları üçün gediş sifariş edərkən korporativ xidmətlərdən fəal şəkildə istifadə edir və inanırıq ki, təklif etdiyimiz həll gələcək müştərilərimiz üçün faydalı olacaq", - şirkətin Mətbuat Xidmətindən bildirilib.
Korporativ müştərilər istənilən suallarla bağlı təyin edilmiş xüsusi dəstək xidmətinə və ya şəxsi menecerə müraciət edə bilərlər.
Xidmətə qoşulmaq üçün saytında sorğu yaratmaq lazımdır.
"Yango" haqqında
Beynəlxalq texnologiyalar şirkəti olan "Yango" istifadəçilərə texnologiyalardan istifadə etməklə gündəlik problemləri həll etməyə kömək edir. Şirkət Birləşmiş Ərəb Əmirliyi (BƏƏ), Pakistan, Kolumbiya və s. kimi 20-dən çox ölkədə xidmət göstərir. Azərbaycanda gediş sifarişi və çatdırılma xidməti 2022-ci ildən mövcuddur.
Rəylər