"URBAN CREW" şirkəti COP29 ərəfəsində "ACWA Power" şirkətinin rəsmi nümayəndəsidir.
Bu ilin 11-22 noyabrında Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcəkdir.
Bu, qlobal istiləşmənin qarşısının alınması, iqlim dəyişikliyinə uyğunlaşma və bu məqsədlər üçün maliyyələşmənin səfərbər edilməsi tədbirlərinin müzakirə olunacağı vacib bir tədbirdir.
Konfrans zamanı bir çox şirkətlər gücləndirilmiş iş rejimində işləyəcəklər.
"URBAN CREW" şirkəti də COP29 zamanı gücləndirilmiş iş rejimində çalışacaq. Belə ki, şirkət dünyanın ən böyük mineralsızlaşdırılmış su təchizatçısı olan "ACWA Power" şirkətinin COP29 zamanı şirkətin tədbirinin təşkilatçılığını, məkan idarəetmə (DMC) işlərini yerinə yetirəcək, iştirakçıların rahatlığı və logistika işlərində yüksək səviyyədə xidmət göstərəcək.
Bu barədə "URBAN CREW" şirkətinin direktoru Ülviyyə Cəlilzadə məlumat verib. Ü.Cəlilzadə qeyd edib ki, "ACWA Power" şirkətinin tərəfdaşı olmaq bizim üçün məsuliyyətli bir işdir:
"COP29 konfransı çərçivəsində məsuliyyətli iş həyata keçirəcəyik. Belə ki, "ACWA Power" şirkəti Bakıda keçiriləcək möhtəşəm COP29 tədbirinin Enerji və Su məsələləri üzrə rəsmi tərəfdaşı olaraq çox böyük tədbir həyata keçirəcək. Həmin tədbirin təşkilatçılığını, məkan idarəetməsi işlərini, iştirakçıların rahatlığı və logistika işlərini "URBAN CREW" şirkəti həyata keçirəcək. Hazırlıq işlərimiz tam sürəti ilə davam edir. İnanırıq ki, peşəkar komandamızla hər işi yüksək səviyyədə həyata keçirəcəyik".
Qeyd edək ki, "URBAN CREW" şirkəti müxtəlif növ tədbirlərin təşkilini, tədbir məkanlarının rezervasiyasını, tədbirlərin logistikasını, qonaqların hotellərə yerləşdirməsini, qonaqlar üçün daxili turların təşkilini, biznes müzakirələri üçün görüş otaqlarının və texniki dəstəyin təmin edilməsini həyata keçirir.
Rəylər