Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycanlıların yaratdığı startap qlobal gündəmi zəbt edir
Azərbaycanlılar tərəfindən yaradılan "Nextool" startapı qısa müddət ərzində qlobal texnologiya sahəsində böyük rezonans doğurub və "Yahoo Finance" və "Business Insider" kimi nüfuzlu media platformalarının diqqət mərkəzinə çevrilib.
"Nextool" istifadəçilərə 10 mindən çox süni intellekt (AI) alətini bir platformada təqdim edən və texnologiya sahəsində inqilabi dəyişikliklər yaradan dünyanın ən böyük kataloqlarından biridir. Platforma istifadəçilərin ehtiyaclarına uyğun AI alətlərini asanlıqla tapmasına şərait yaradaraq, texnologiyadan istifadədə hər kəs üçün yeni imkanlar açır.
"Nextool"un həmtəsisçisi Cəfər Nəcəfov layihənin başlanğıcından danışarkən qeyd edir ki, bu platforma ilkin olaraq sadəcə "Google Sheet" vasitəsilə müxtəlif AI alətlərini toplamaqla başlayıb:
"Daha sonra bu məlumatları vahid bir platformada cəmləşdirmək fikri ortaya çıxdı və nəticədə "Nextool"u qurduq".
Hazırda "Nextool" 1 milyon ABŞ dolları məbləğində investisiya cəlb etmək üçün danışıqlar mərhələsindədir. Cəlb olunacaq investisiya vəsaiti platformanın funksionallığını genişləndirmək, "iOS" və "Android" mobil tətbiqlərinin hazırlanması, eləcə də beynəlxalq bazara çıxış imkanlarının gücləndirilməsi üçün istifadə olunacaq.
"Nextool"un digər həmtəsisçisi Aqil Zeynalov da bu maliyyələşmənin əhəmiyyətini vurğulayaraq bildirib:
"Bu vəsait sayəsində abunəçilər bazamızı genişləndirərək qlobal səviyyədə istifadəçi sayını artırmaq və süni intellekt alətlərini hər kəs üçün daha əlçatan etmək niyyətindəyik".
Hazırda "Nextool" ingilis və ispan dillərində fəaliyyət göstərir və yaxın aylarda türk, çin, fransız və Azərbaycan dillərinin də platformaya əlavə edilməsi planlaşdırılır. Bu dil dəstəyi, "Nextool"un qlobal səviyyədə daha geniş auditoriyaya çıxmasını və AI texnologiyasını daha əlçatan etməsini təmin edəcək.
Bundan əlavə, "Nextool"un həftədə iki dəfə 100 minə yaxın abunəçisinə AI sahəsindəki son yenilikləri çatdıran xüsusi "newsletter" xidməti mövcuddur. Artıq "Hubspot" və "Fiverr" kimi dünya nəhəngləri də "Nextool"un müştəriləri sırasındadır və bu da startapın nə qədər böyük təsir gücünə malik olduğunu bir daha sübut edir.
Azərbaycanın texnologiya sahəsində qlobal səviyyədə tanınan bu innovativ startapı haqqında daha ətraflı məlumat almaq və "Nextool"un uğur hekayəsinə şahid olmaq üçün rəsmi sayta baş çəkə bilərsiniz.
"Nobel mükafatı" teqi üzrə xəbərlər
- Bu xəbərləri qaçırmayın: 11.10.2024-ün ən mühüm hadisələri
- Nobel Sülh Mükafatı Xirosima və Naqasaki partlayışlarından sağ qalanların hərəkatına verildi
- Bu xəbərləri qaçırmayın: 08.10.2024-ün ən mühüm hadisələri
- Fizika üzrə Nobel mükafatı laureatları məlum oldular
- Bu xəbərləri qaçırmayın: 07.10.2024-ün ən mühüm hadisələri
Rəylər