Yevlax rayonunun dörd kəndinə elektrik enerjisinin verilməsində yaranan fasilə aradan qaldırılıb.
"Report"un Qərb bürosunun məlumatına görə, görülən işlər başa çatdırılıb və qeyd olunan kəndlərdə elektrik enerjisinin verilişi bərpa olunub.
Yevlax rayonunun dörd kəndinə elektrik enerjisinin verilməsində fasilə yaranıb.
"Report"un məlumatına görə, Yevlax rayonun Cırdaxan, Varvara, Balçılı və Ağqıraqlı kəndlərinin elektrik enerjisi ilə təminatı müvəqqəti olaraq dayandırılıb.
Elektrik enerjisinin verilməsində fasiləyə səbəb 10 kVt-luq Cırdaxan hava xəttinin mühafizə zonasında yerləşən yaşıl kütlənin budanmasının səbəb olduğu bildirilib.
Rəylər