2020-ci il oktyabrın ikisi - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin altıncı günü. Şanlı Azərbaycan Ordusu əzəli torpaqlarımızı işğaldan azad etmək üçün əzmlə irəliləməkdə davam edir.
Oxu.Az xatırladır ki, işğalçı Ermənistan silahlı qüvvələrinin bölmələri rəşadətli ordumuzun zərbələri qarşısında tab gətirməyərək, nəinki öz mövqelərini, hətta döyüş bayraqlarını belə qoyub qaçırlar. Belə ki, sentyabrın 30-da Ermənistan ordusunun darmadağın edilən 6-cı dağatıcı alayına köməyə gələn 193-cü desant həmlə taborunun hava endirim komanda birliyinin döyüş bayrağı və sənədləri ələ keçirilir.
Düşmən ordusunun əsas logistik hərbi sursat anbarlarına vurulan ciddi zərbələr isə onların müqavimətini ciddi şəkildə sarsıdır. Nəticədə Ağdərə istiqamətində Suqovuşan ətrafındakı hakim yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altına keçir. Saat 00:00-dan 07:00-dək Ermənistan ordusunun beş zirehli və avtomobil texnikası, üç hərbi infrastruktur obyekti və xeyli sayda şəxsi heyəti məhv edilir. Müdafiə Nazirliyinin Ermənistana yaşayış məntəqələrimizi atəşə tutmamaları barədə dəfələrlə xəbərdarlığına baxmayaraq, Ağdam rayonunun Xındırıstan, Əlibəyli, Əhmədağalı və Səfərli kəndləri düşmən tərəfindən intensiv artilleriya atəşinə tutulur. Ermənistan ordusunun cəbhənin Tərtər istiqamətində yaşayış məntəqələrini atəşə tutmağa davam etməsi nəticəsində rayonun Bala Kəngərli kənd sakinləri, mülki vətəndaşlar Aybəniz Nizami qızı Rəhimova və Gülnarə Fabir qızı Rəhimova xəsarət alırlar. Saat 11 radələrində Müdafiə Nazirliyi Ermənistan ordusunun qüvvə və vasitələrinin məhv edilməsinin videogörüntülərini yayımlayır.
2020-ci il oktyabrın ikisi - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin altıncı günü. Şanlı Azərbaycan Ordusu əzəli torpaqlarımızı işğaldan azad etmək üçün əzmlə irəliləməkdə davam edir.
Lakin döyüş meydanında ciddi məğlubiyyətə düçar olan düşmən, ilk günlərdə olduğu kimi, müharibənin altıncı günündə də qarşıdurmanı cəbhə bölgəsindən kənara daşıyaraq dinc əhalini və mülki infrastrukturu hədəf alır. Həmçinin, Ermənistan ordusu Ermənistan ərazisindən Azərbaycan ərazilərini -Şəmkir rayonunun Sabirkənd kəndini raket atəşinə məruz qoyur. Müdafiə Nazirliyindən verilən məlumata görə, yaşayış məntəqəsinə atılan 10-a yaxın raket "Toçka-U" taktiki raket kompleksindən buraxılıb. Bu, artıq Ermənistan ərazisindən Azərbaycana qarşı həyata keçirilən üçüncü hücum olur.
Bununla yanaşı, Ermənistan ordusu Ağdam rayonunun Quzanlı yaşayış məntəqəsini də raket atəşinə tutur. Həmçinin, Bərdə rayonunun Əmirli və Tovuz rayonunun Ağdam kəndi raket atəşi zərbələrinə məruz qalır. Saat 13:30-da Müdafiə Nazirliyi düşmənin yüksək dağ zirvəsində yaratdığı dayaq məntəqəsinə silah-sursat çatdıran təminat vasitələri və döyüş texnikalarının məhv edilməsini göstərən video yayımlayır.
2020-ci il oktyabrın ikisi - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin altıncı günü. Şanlı Azərbaycan Ordusu əzəli torpaqlarımızı işğaldan azad etmək üçün əzmlə irəliləməkdə davam edir.
Günün ikinci yarısında Müdafiə Nazirliyi düşmənin qüvvə və vasitələrinin məhv edilməsinin növbəti videogörüntülərini yayımlayır.
2020-ci il oktyabrın ikisi - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin altıncı günü. Şanlı Azərbaycan Ordusu əzəli torpaqlarımızı işğaldan azad etmək üçün əzmlə irəliləməkdə davam edir.
Lakin Ermənistan silahlı qüvvələri yenə də müharibəni cəbhə bölgəsindən kənara çıxararaq mülki əhalini və yaşayış məntəqələrini atəş altında saxlayır. Belə ki, mənfur düşmən Tərtər şəhərini, rayonun Şıxarx qəsəbəsini və Bərdə rayonunun Soğanverdilər kəndini intensiv artilleriya atəşinə məruz qoyur. Saat 17:50-də Müdafiə Nazirliyi Ermənistan ordusunun səhra idarəetmə məntəqəsi, üzərindəki Ermənistan bayrağı və qondarma rejimin asılan əski parçasının göyə sovurulması, eləcə də tanklarının məhv edilməsinin videogörüntülərini yayımlayır.
2020-ci il oktyabrın ikisi - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin altıncı günü. Şanlı Azərbaycan Ordusu əzəli torpaqlarımızı işğaldan azad etmək üçün əzmlə irəliləməkdə davam edir.
Müharibənin ilk günlərindən əsas diqqət həm də Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən həyata keçirilən cinayətlər barədə dünya ictimaiyyətini məlumatlandırmağa yönəlir. "Əl Cəzirə" televiziya kanalına müsahibəsində Prezident İlham Əliyev təcavüzkara və onu dəstəkləyən ölkələrə də açıq şəkildə mesaj ünvanlayır:
"Bu gün ermənilər hər yerdə yaşayırlar. Onlar Fransada yaşayırlar. Onlar Amerikada yaşayırlar. Onlar Rusiyada yaşayırlar. Onlar Yaxın Şərqdə yaşayırlar. Qoy onlar öz müqəddəratlarını həmin ölkələrdə istəsinlər. Qoy Qarabağa öz müqəddəratını təyinetmə vermək istəyən ölkələr öz torpaqlarının bir hissəsini Qarabağdan olan ermənilərə versinlər, onları qəbul etsinlər və orada onlara öz müqəddəratını təyin etmək hüququ versinlər. Onda baxaram, onların reaksiyası necə olacaq?"
Təbii ki, müharibənin altıncı günündə də üstünlüyün Azərbaycan Ordusunun tərəfindən olması torpaqlarımızın hər yerində tezliklə bayrağımızın dalğalanacağından xəbər verirdi.
Mərahim Nəsib