Avtomobillərə həkk olunan yazılar qəza riskini artırır.
Belə ki, bir neçə saniyə yazıya baxmaqla sürücünün diqqəti yayına və qəza şəraiti yarana bilər. Həmçinin yazılarla yanaşı qazi və şəhidlərin şəkilləri də avtomobillərin arxa şüşəsinə vurulur.
Bu yazılar Türkiyədə qadağan olunsa da, ölkəmizdə qalmaqdadır.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin Təbliğat və ictimai işlər üzrə rəisi, polis kapitanı Toğrul Nəsirli bildirib ki, nəqliyyat vasitələrinin arxa şüşələrinə əks etdirilən bu cür faktlar avtomobillərin estetik görünüşünə xələl gətirməklə hərəkətdə olan sürücülərin marağını cəlb edir. Nəticədə, qəza şaraiti yaranır:
"Bu kimi halların qarşısının alınması məqsədilə avtomobil sahiblərinə və sürücülərə müraciət edərək, nəqliyyat vasitələrində bu cür yazı və fotolar varsa, onların çıxarılmasını xahiş edirik. Əks halda belə nəqliyyat vasitələri dayandırılaraq müvafiq tədbirlər görüləcək".
Ətraflı APA TV-nin süjetində:
Üstü yazılı maşınlar CƏRİMƏLƏNƏCƏK? - RƏSMİ CAVAB
Rəylər