Bakının Səbail rayonunda yaşayan sakinlər ərazidə çox sayda tülkü peyda olmasından şikayət ediblər.
Oxu.Az xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, söhbət rayonun Badamdar qəsəbəsi, "3-cü massiv" adlanan ərazidən gedir. Sakinlər deyiblər ki, son günlər əraziyə çoxlu tülkü toplaşıb. Məsələ ilə bağlı kimə müraciət edəcəklərini isə bilmirlər.
Məsələ ilə bağlı Zoologiya İnstitutuna sorğu ünvanlasaq da, hələ də cavab verilməyib.
Həmin videogörüntüləri təqdim edirik:
Bakının Səbail rayonunda yaşayan sakinlər ərazidə çox sayda tülkü peyda olmasından şikayət ediblər.
Rəylər