"Füzuli rayonundan keçərək Şuşaya gedən Zəfər yolu turizm marşrutuna çevrilir".
Oxu.Az-ın məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin Regional turizm və mədəni irs şöbəsinin müdiri Elgün Cavadov Ağdam rayonunda "İşğaldan azad olunmuş ərazilərdə turizmin bərpası və inkişafı" mövzusunda keçirilən elmi-praktiki konfransda bildirib..
Onun sözlərinə görə, bununla bağlı konseptual layihə icra olunur:
"Burada əsas məqsədimiz Zəfər yolu üzərində infrastruktur yaratmaqdır. Orada turistlərin dayanma, dincəlmə müddətlərini müəyyənləşdirmək, iaşə obyektlərinin yaradılması nəzərdə tutulub".
O qeyd edib ki, növbəti illərdə bu turizm marşrutu üzrə işlərin aparılması gözlənilir.
İlhamə Əbülfət
Rəylər