Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Sumqayıtda dəm qazından zəhərlənənlərin son durumu AÇIQLANDI: Ölən var
Sumqayıtda dəm qazından zəhərlənən ailənin bir üzvü ölüb, digər iki üzvü isə xəstəxanaya yerləşdirilib.
"Report"un yerli bürosunun məlumatına görə, oktyabrın 28-də saat 09:50-də Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1989-cu il təvəllüdlü şəxs (qadın cinsli) hospitalizasiya olunub.
Dəm qazından zəhərlənmə diaqnozu təyin edilən qadına xəstəxananın Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib və hazırda vəziyyəti kafi qiymətləndirilir.
2020-ci il təvəllüdlü azyaşlı isə (qadın cinsli) dəm qazından zəhərlənmə diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına hospitalizasiya olunub. Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərildikdən sonra Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti orta ağır qiymətləndirilir.
Sumqayıtda qadın dəm qazından boğulub.
"Report" xəbər verir ki hadisə Corat qəsəbəsində qeydə alınıb.
1955-ci il təvəllüdlü Şövkət Abbasəli qızı Süleymanova dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Rəylər